Əsas səhifə
Qeydiyyat
Giriş

Четверг, 02.05.2024, 18:44
Xoş gördük, Гость | RSS
Montin
Menyu

Bölmələr
Exclusive [3]
Sevgi [3]

Sorğu
Ən çox xoşladığınız Müğənni?
Ümumi səslər: 1373

Əsas səhifə » 2007 » Август » 13 » Röya İlqar Muradovla duet oxuyacaq

Röya İlqar Muradovla duet oxuyacaq


Röya İlqar Muradovla duet oxuyacaq
"Hələ çox müğənnilər var ki, onlarla duet oxumağa söz vermişəm"
Şou-biznes aləmində özünəməxsus dəsti-xətti olan Röya demək olar ki, bir çox kişi müğənniləri ilə duet oxuyub. Bunların adlarını qeyd etməyə ehtiyac duymasaq da, tamaşaçılar hansı müğənnilərdən söhbət getdiyini yaxşı bilir. Röya bu dəfə lirik mahnıların mahir ifaçısı İlqar Müradovla duet oxuyacaq. Sözləri İsmayıl Dadaşova, musiqisi isə bəstəkar Vüqar Camalzadəyə məxsus olan "Ürəklər sevinəndə" mahnısı ilə hər iki müğənni bir araya gələcək. Röyanın sözlərinə görə, mahnının əsas ifaçısı İlqar Muradov olduğu üçün təklif də elə müğənninin özündən gəlib: "Şou-biznesdə demək olar ki, kişi müğənnilərin əksəriyyəti ilə duet oxumuşam. Mahnı əsasən ya mənim ifamda səslənsin, ya da mahnıya qonaq olum, fərqi yoxdur. Əsas odur ki, ürəyimcə olan insanlara ya duet oxumağı təklif edirəm, ya da əksinə, onlar tərəfindən gələn təklifi qəbul edirəm". Şou-biznes nümayəndələri içərisində onun həm insanlığına, həm də sənətinə böyük hörməti olduğunu deyən Röya İlqar Muradovdan təklif gələn anda gözünü qırpmadan belə qəbul etdiyini söylədi. "Hələ çox müğənnilər var ki, onlarla da duet oxumağa söz vermişəm, bir qədər gec də olsa, bunu mütləq həyata keçirəcəm"-deyə Röya bildirdi.
Bu yaxınlarda Türkiyə şou-biznesinə qatılmaq üçün mətbuat konfransı hazırlayıb jurnalistlərin gözü qarşısında müqavilə imzalayan Röya xəbərdarlığından da qalmadı: "Birdən elə bilərsiniz müqavilənin şərtlərini pozuram. Əsla! Mənim hansı müğənni ilə mahnı oxumağım bu məsələyə aid deyil. Bura bildiyiniz kimi, konsert proqramları və şou proqramlar daxildir".
Onu da qeyd edək ki, müğənni ayın sonunda Türkiyəyə səfər edib, ilk işbirliyinə başlayacaq.

17:06

Baxılıb: 1510 | Müəllif: montin | Reytinq: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Giriş

Reklam
New Page 1


Çat

Dostlarımız

Statistika

 Top on A-Z.az

top.SUMQAYIT

 



Həsən Nərimanov © 2024
Создать бесплатный сайт с uCoz