Əsas səhifə
Qeydiyyat
Giriş

Четверг, 25.04.2024, 20:12
Xoş gördük, Гость | RSS
Montin
Menyu

Bölmələr
Exclusive [3]
Sevgi [3]

Sorğu
Ən çox xoşladığınız Müğənni?
Ümumi səslər: 1373

Əsas səhifə » 2007 » Июль » 27 » «Bir vaxtlar mənə qərəzli münasibət var idi»

«Bir vaxtlar mənə qərəzli münasibət var idi»

Brilliant Dadaşova Faiq Ağayev haqqında danışmaq istəmir
Azərbaycanın əməkdar artisti Brilliant Dadaşovanın APA-ya müsahibəsi.
- Bir müddət əvvəl “bir daha səhnəyə çıxmayacağam” ifadəsini işlətmişdiniz. Hazırda isə Brilliant Dadaşovanı az-az da olsa görürük. Bunu sizin səhnəyə qayıtmanız hesab etmək olarmı?
- Həmin vaxtlar Mədəniyyət Nazirliyinin mənə qarşı heç bir əsası olmayan qərəzli münasibəti vardır. Belə münasibət bir çox sənətkarlara qarşı da var idi. Ona görə də mən kənara çəkildim. Indi isə mədəniyyət və turizm nazirimiz bizimlə birlikdədir, gənclərə yol açır, yaşıl işıq yandırır. Ümimiyyətlə, mən səhnədən getməmişdim. Bəzi verilişlərə çıxırdım, sadəcə əvvəlki kimi hər çağırılan yerə getmirdim. Brilliant Dadaşova həmişə sənətdə olub və olacaq.
- Bəs indi az-az görünməyinizin səbəbini necə açıqlaya bilərsiniz?
- Indi də az-az görünməyimin xüsusi səbəbi yoxdur. Sadəcə, hər həftənin ikinci günü tamaşaçılarım məni öz müəllif verilişmdə görməyə adət etmişdilər. “Gözəllik dünyanı xilas edəcək” verilişi beş il efirdə oldu. Hər şeyin əvvəli olduğu kimi sonu da olur. Yeni layihə ilə bağlı efirə çıxmağa hazırlıq gedəndə verilişimə son verməyi qərara aldım. “Akademiya” layihəsi nəzərdə tuturam. Amma deyəsən, məni hər həftə efirdə görməyə adət etmiş tamaşaçılar bunu səhnədə az-az görünməyim kimi başa düşürlər.
- Maqazin verilişlərində görünməkdən niyə imtina etmisiniz?
- Bu verilişlərin istiqaməti mənə uyğun deyil. Bu verilişlər bir-birlərinə söz atmalara, evlənib-boşanmalara həsr olunur. Mənim də həyatımda belə şeylər olmadığı üçün bu verilişlərə çıxmağa ehtiyacım qalmır. 19 ildir ki, ailəliyəm. Boşanmamışam, təzə maşın da almamışam.
- “Akademiya” layihəsinin davamının olacağını ümüd edirsinizmi? Hazırda bu proses hansı mərhələdədir?
- Mən bu qənaətdəyəm ki, hazırda “Akademiya” müsabiqəsinin iştirakçılarının yeni layihələrdə iştirak etməsi bir növ müsabiqənin davamı deməkdir. Bu gün “Akademiya”nın iştirakçıları Səməd Vurğun adına Rus Dram Teatrı ilə layihə üzərində işləyir. Layihə “Akademiya”nın davam etməsi deməkdir, ancaq bu yeni şou olacaq. Hələlik ki, bununla məşğul oluruq. Hələ bunları bir yerə çıxaraq, davamını sonra düşünərik.
- Sizin mahnınızı ifa edən erməni xanım dünyasını dəyişib. Bəs bu mahnının aqibəti necə həll olunub? Həll olunmayıbsa, bu məsələnin cözülməsi üçün hansı addımların atılacağı gözlənilir?
- Bu tək mənim əlimdən gələn iş deyil. Bu problemi əl-ələ verib həll etmək lazımdır. Tək bu mahnıdan söhbət getmir, ümumiyyətlə, birləşib bütün dəyərlərimizə sahib çıxmalıyıq. O dünyada millət, düşmən, torpaq məsələsi yoxdur, o dünyada hər bir insan Uca Tanrının qarşısında öz əməllərinə görə cavab verir. Ancaq hər halda o qadın kimiydisə, bu mahnını ifa etmək üçün bu kompazisiyanı mənim ifamda dönə-dönə, dəfələrlə dinləmişdi. Çünki onun ifasında bu mahnının yerli-yerində təkrar etməyindən bəlliydi ki, o qadın məni çox dinləmişdi və öz ustadı kimi qəbul etmişdi. Demək ki, yenə də bizim bacarığımıza, istedadımıza, mədəniyyətimizə ehtiyacları var. Amma mahnını öz adlarına çıxıblar, bu da onların milli xüsusiyyətlərindən biridir.
- Bu məsələdə Siz öz öhdənizə düşəni etdinizmi?
- Əlbəttə, mən öz üzərimə düşəni etdim. Məhkəməyə müraciət etdim, amma həmin qadın dünyasını dəyişdiyinə görə hər şey yarımçıq qaldı.
- Bu məsələnin həll olunmasında çıxış yolunu nədə görürsünüz?
- Bu yolun hansı yol olduğunu mən iki il bundan öncə çox dedim. Mən dedim, ancaq nə isə düzəlmədi. Düzəlməməsinin səbəbini deyə bilmərəm. Ona görə də düşündüm ki, yəqin biz hələlik buna hazır deyilik.
- Dövlət tədbirlərində niyə iştirak etmirsiniz? Ümumiyyətlə, dövlət tədbirlərinə dəvət olunursunuzmu?
- Bəli, dəvət olunuram. Sonuncu dəfə Yaşıl Teatrın açılışında iştirak etdim. Bu tədbir 10 mayda ulu öndərin ad günündə düzənlənmişdi. Özü də tədbirdə “Akademiya” müsabiqəsinin iştirakçıları ilə birgə “Azərbaycan” mahnısını ifa etdik. Dövlət tədbirlərinə dəvət alıram. Əgər Bakıda olsam, həmin tədbirdə iştirak edirəm.
- Elə Yaşıl Teatrın açılışı ilə bağlı təşkil olunan mərasimdə Sizi küskün gördük. Deyəsən, oranı tez tərk etdiniz...
- Xeyr, elə deyil. Sadəcə, bir yerə gedib yenidən qayıtdım. Hara olduğunu açıqlaya bilmərəm.
- Küsülü olan sənətçilərin bir çoxları barışdı. Amma Siz Faiq Ağayevlə barışmadınız...
- Zəhmət olmasa növbəti suala keçin.
- Brilliant Dadaşovanın repertuarında Hüseyn Abdullayevin mahnıları da yer alıb. Hüseyn Abdullayevin həbsindən sonra yaradıcılıqdan uzaqlaşması Sizin sənətinizə təsir edirmi?
- Mənim repertuarımda Hüseyn Abdullayevin “Bir sözünlə dönərəm” mahnısı var. Bu mahınya klip də çəkilib.
- Sizin fikrinizcə, “Evrovision” musiqi yarışmasında Azərbaycan nə zaman və kiminlə təmsil oluna bilər?
- Fikrimcə, Azərbaycanın dünyaya inteqrasiyası olduqca vacibdir. Dünyada çoxsaylı nüfuzlu müsabiqələr keçirilir. Mən istəyərdim ki. Azərbaycan sənətçiləri nəinki “Evrovision”da, həmçinin digər beynəlxalq müsabiqələrdə iştirak etsinlər və Azərbaycan mədəniyyətini layiqincə təmsil etsinlər. Əsas odur ki, Azərbaycan musiqisi dünya arenasında təmsil olunsun.
- Türkiyədə hazırlanan albomunuz nə zaman işıq üzü görəcək?
- Albomum bu yaxınlada işıq üzü görməlidir. Inşallah, albomum çıxan kimi bundan mütləq xəbər tutacaqsınız.
- Brilliant Dadaşovanın yaradıcılığında daha hansı yeniliklər var və nələr gözlənilir?
- Ötən ilin avqust ayından başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Akademiya” müsabiqəsi ilə məşğulam. Bu çox çətin işdir. Müsabiqə iştirakçılarını seçmək, onları yetişdirmək xeyli vaxt tələb edir. Yeri gəlmişkən, bu müsabiqədə mənə dəstək olan komandama bir daha minnətdarlığımı bildirirəm. Hazırda isə Dövlət Rus Dram Teatrı ilə birgə layihə üzərində iş gedir. Məlum olduğu kimi “Akademiya”nın bir qrup iştirakçıları adıçəkilən teatrda hazırlanan “Sevgi virusu” tamaşasına dəvət alıblar.

09:47

Baxılıb: 894 | Müəllif: montin | Reytinq: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Giriş

Reklam
New Page 1


Çat

Dostlarımız

Statistika

 Top on A-Z.az

top.SUMQAYIT

 



Həsən Nərimanov © 2024
Создать бесплатный сайт с uCoz