Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisində yerləşən 14-dən artıq xalçaçılıq sexində qalan Qarabağ xalçalarının naxışlarını ermənilər özününküləşdiriblər. Bərdədəki Qarabağ Xalçaçılıq Zavodunun müdiri Ceyhun Bayramov bildirib ki, ermənilər Qarabağın ən gözəl çeşidləri olan "Xanlıq", "Şuşa", "Nəlbəki gül", "Ağ çiçəklər" kimi xalçaları toxuyaraq Avropa ölkələrinə Ermənistanın Qarabağ xalçaları adı altında sərgilərə çıxarırlar. Naxışları Azərbaycana məxsus olan, lakin ermənilər tərəfindən toxunan Avropa ölkələrində satılan xalçaların qiyməti növündən asılı olaraq 3 min avroya çıxır.