Çoxlarının sevimlisi olan müğənni Röya bu gün “Azad Azərbaycan” radiosunun qonağı oldu. Efirdən əvvəl əməkdaşımızın suallarına səmimi cavab verən Röya həyatını bizə danışdı. “Son günlər efirlərdə görünməməyimdən istifadə edənlər haqqımda müxtəlif şaiyələr yayırlar. Guya mən sevgilimdən ayrılmışam, depresiyaya düşmüşəm, səhnədən gedirəm və s. Amma bilin ki, dekabrın 20-də solo konsert verəcəyəm. Hazırda sevgilimlə birlikdəyəm. Təxminən 2 ildən sonra ailə qurub ev xanımı olmaq istəyirəm. Bax onda səhnədən uzaqlaşıb uşaqlarıma, həyat yoldaşıma qulluq etmək istəyirəm.”